"İranın ballistik raketlərin kütləvi istehsalı və dronların sayını artırması, eyni zamanda havadan müdafiə sistemlərini yenidən qurması İsraili preventiv addımlar atmağa məcbur edə bilər. Bu arada İran öz hərbi hava qüvvələrinin parkını yeniləyib, yeni qırıcı təyyarələr alır. Çin və Rusiya İrana hərbi lojistika imkanlarını genişləndirir".
Planetinfo.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İranın strateji planı Yaxın Şərqdə yeniden geosiyasi mövqelərini möhkəmləndirmək və ABŞ-la danışıqlara getməməkdir:
"İsrail bunu özünün varlığına təhlükə bildiyi üçün İrana qarşı növbəti hərbi kampaniyaya ABŞ-ı da qoşmağa çalışır. Müharibə başlayarsa, bu, 12 günlük müharibədən daha da genişmiqyaslı və dağıdıcı ola bilər. Xüsusilə, İsrailin kiçik ərazisi İranın kütləvi raket hücumlarına məruz qalacaq".
Politoloq qeyd edib ki, həmçinin İran İsrailə öz ərazilərindən müqavimət göstərəcək:
"İsrail üşün təkbaşına İrana hücumu ağır nəticələrə səbəb olar. Amma, ABŞ müdaxilə edəcəksə, İran hakimiyyətinin taleyi sual altında ola bilər".
Anar