Dünya 24-12-2025, 13:58

2026-cı ildə Avropada müharibə baş verə bilər-Orban



Macarıstanın Baş naziri Viktor Orban etiraf edir ki, 2026-cı ildə Avropada müharibə başlaya bilər.

Planetinfo.az TASS-a istinadən bildirir ki, Orban Aİ liderlərinin bütün qitəni bu ehtimala doğru sürüklədiklərini vurğulayıb. Hökumət başçısının "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə vurğuladığı kimi, Avropa İkinci Dünya Müharibəsinin bitməsindən sonra 80 il sülhdən zövq alıb, lakin indi vəziyyət fərqlidir.

Baş nazir vurğulayıb ki, müharibəyə yaxınlaşırıq. O, Brüsseldə keçirilən Aİ sammitində Ukraynadakı münaqişəni qızışdırmaq və Rusiya ilə qarşıdurmanı daha da dərinləşdirmək məqsədi daşıyan təkliflər və qərarlar qəbul edildiyini xatırladıb.

Anar

Xəbər lenti