İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin zabiti Livanda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai X səhifəsində yazıb.
"Biz İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin tanınmış zabiti Hüseyn əl-Cəvharini məhv etməyə müvəffəq olduq. O, bu səhər Bekaa vadisindəki Hoş əs-Seyid Əli şəhərində avtomobilə zərbə nəticəsində öldürülüb", - deyə sözçü bildirib.
O qeyd edib ki, İran komandiri son illərdə Suriya və Livanda İsrailə qarşı əməliyyatlara rəhbərlik edib.