Dünya 25-12-2025, 23:26

Kilimancaroda helikopter qəzası: ölənlər var

Kilimancaroda helikopter qəzası: ölənlər var
Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

Lent.az “Sky News”a istinadla xəbər verir ki, hadisə Tanzaniyanın şimalında, dağın ən çox istifadə olunan marşrutlarından birində baş verib.

Polisin verdiyi məlumata görə, qəza tibbi evakuasiya missiyası zamanı qeydə alınıb. Helikopter Barafu düşərgəsi ilə Kibo zirvəsi arasında, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopter tibbi evakuasiya və digər aviasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub.

Xəbər lenti