Dünya 26-12-2025, 07:50

Yaponiya və Rusiya razılığa gələ bilmıədi



Yaponiya və Rusiya 2026-cı ildə öz müstəsna iqtisadi zonalarında kvotalar və balıqçılıq qaydaları ilə bağlı razılığa gələ bilməyiblər.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Yaponiyanın kənd təsərrüfatı naziri Norikazu Suzuki bildirib.

O deyib ki, Yaponiyanın milli maraqlarını qoruyan bir nəticə əldə etmək üçün səy göstərməyə davam edəcəyik.

Qeyd edək ki, Rusiya və Yaponiya 1984-cü il müqaviləsinə əsasən 200 millik iqtisadi zonalarında balıqçılıqla məşğul olurlar. Onlar mütəmadi olaraq balıqçılıq kvotaları və digər məsələlər barədə razılığa gəlmək üçün illik məsləhətləşmələr keçirirlər.

Anar

Xəbər lenti