Dünya 24-11-2025, 11:01

Ağ Ev Rusiyadan çox böyük vədlər alıb



“Birləşmiş Ştatlar, ən əsası Donald Tramp məsələyə qlobal maraqlar kontekstindən yanaşır. Yəni, Vaşinqton və Moskva bu məsələdə ortaq məxrəcə gəlirlərsə aydındır ki, Ağ Ev Rusiyadan çox böyük vədlər alıb”.

Bunları Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, ABŞ Rusiyaya bir subyekt kimi yox, məhz resurs mənbəyi kimi yanaşır:

“Maraqlısı da ondan ibarətdir ki, Rusiya özü də bu zənginliyi tək başına istehsal edə bilmir. Bu kontekstdə indi razılaşmalar məqbul variantdır. Təbii ki, hadisələrin inkişaf tendensiyasını zaman göstərəcək”.

Pərviz Mirizadə hesab edir ki, Lakin, bu situasiya zahirən Rusiyanın lehinə görünsə də, gələcəkdə ən çox məhz Moskvanın əleyhinə çevriləcək.

Anar

Xəbər lenti