"Vilnüs artıq Minsklə mümkün danışıqlar üçün nümayəndə təyin edib".
Planetinfo.az xəbər verir ki, bu sözləri Litvanın Baş naziri İnqa Ruqinienė deyib.
"Biz, həqiqətən də, bu görüşü keçirə bilərik. Bunun üçün məsul və təyin olunmuş bir şəxsimiz var" - deyə Baş nazir qeyd edib.
Eyni zamanda, Nazirlər Kabinetinin rəhbəri Litvanın hələ də Belarusla dialoq üçün lazımi şərtlərə malik olduğunu təsdiqləyib.
Qeyd edək ki, Ruginienė əvvəllər Minsklə dialoqun genişləndirilməsi üçün şərtlər irəli sürüb.
Onun sözlərinə görə, Belarus ərazisindən qaçaqmal siqaret daşıyan təyyarələrin sərhəddən uçuşları dayandırılmalı, Belarusda qalan Litva yük maşınları əlavə rüsum və ya cərimə olmadan geri qaytarılmalı və qonşu ölkə vasitəsilə qanunsuz miqrasiya dayandırılmalıdır.
Bu yaxınlarda Litva və Belarusa səfər edən ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Vilnüsü heç bir şərt qoymadan Minsklə dialoqa başlamağa çağırıb.