Gündəm / Dünya Bugün, 18:10

Rusiya bu ölümcül virusun peyvəndini hazırladı




Rusiyada ölümcül Ebola virusuna qarşı yeni vaksin üzərində işlərin tamamlandığı açıqlanıb.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko danışıb.

Nazirin sözlərinə görə, Rusiyada artıq Ebola virusunun yeni ştammına qarşı vaksin hazırlanıb. Bununla belə, preparatın geniş istifadəyə verilməsi üçün əlavə sınaqların keçirilməsi vacibdir.

“Rusiya, yəqin ki, arsenalında vaksin ehtiyatları saxlayan yeganə ölkələrdən biridir. Bu gün bizdə Ebola virusunun yeni ştammına qarşı yaradılmış vaksin üzrə hazır işləmələr mövcuddur”, - deyə Muraşko bildirib.

Qeyd edək ki, hazırda Ebola virusu Afrika qitəsində yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək 340-dan çox yoluxma halı qeydə alınıb. Onlardan təxminən 60-ı ölümlə nəticələnib.

Xəbər lenti