Gündəm / Dünya Bugün, 18:10

"YouTube"da problem yarandı: İstifadəçilər videoları aça bilmir



Avqustun 18-də bəzi "YouTube" istifadəçiləri platformaya giriş və videoların açılması ilə bağlı problemlərlə üzləşdiklərini bildiriblər.

İstifadəçilərin sözlərinə görə, bəzi videolar açılmır, məzmunlar gec yüklənir, canlı yayımlar və şərhlər bölməsində də problemlər müşahidə olunur.

Nasazlığın səbəbi hələlik açıqlanmayıb. Problemin serverlərdəki yüklənmə, texniki işlər və ya internet bağlantısı ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

"YouTube"un nə vaxt tam olaraq normallaşacağı isə məlum deyil.

Xəbər lenti