Gündəm / Siyasət Bugün, 19:20

Aktotı Raimkulova Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşdü



17 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Macarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova ilə görüşüb.

Fondun rəhbəri Esmira Cəfərovanı təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı türk xalqlarının zəngin mədəni irsinin qorunması, araşdırılması və təbliği yönündə görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Fondun qarşıdakı dövr üçün müəyyən etdiyi istiqamətlər və türk dünyasının ortaq mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş yeni təşəbbüslər müzakirə olunub.

Professor Aktotı Raimkulova Fondun müşahidəçi dövləti olan Macarıstan ilə əməkdaşlığın genişləndirilməsinin təşkilatın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıraraq, Macarıstandan olan təmsilçilərin Fondun müxtəlif layihələrində iştirak etdiyi barədə məlumat verib.

Səfir Esmira Cəfərova Fondun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Xəbər lenti