İspaniyanın cənubunda yerləşən Qranada əyalətində 4,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə RTVE məlumat yayıb.
Zəlzələnin episentri Alendin yaşayış məntəqəsindən bir neçə kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı təxminən 5 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölənlərin olmadığı bildirilib. Bununla belə, bölgədə müəyyən dağıntılar qeydə alınıb. Yerli hakimiyyət orqanları zərərin dəqiq miqyasını açıqlamayıb.
Xilasetmə xidmətlərinə çoxsaylı müraciətlər daxil olub. Sakinlər sürüşmələr, həmçinin tikililərdə və torpaqda çatların yarandığını bildiriblər. Fövqəladə xidmətlər də bu məlumatları təsdiqləyib.
Qeyd edək ki, Qranada ətrafında son günlərdə bu, ilk zəlzələ deyil. Avqustun 15-də bölgədə 5 maqnitudalı yeraltı təkanlar qeydə alınmışdı.