Milli qəhrəman ailələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dekabrın 10-da Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilatçılığı iləşəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri, eləcə də qazilər, QHT nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı başda olmaqla ziyarətçilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.