Gündəm Bugün, 13:45

Markus Ritter: Ümid edirəm ki, Ermənistan Avropa İttifaqına qoşulacaq


"Avropa İttifaqı Ermənistanla kifayət qədər yaxşı münasibətlər qurub".

Planetinfo.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Ermənistan Avropa Birliyinə daha da yaxınlaşmaq istəyir və hətta gələcəkdə üzv olmaq imkanlarını müzakirə edir. 

Ritter Cənubi Qafqazın zəngin tarixə və mədəniyyətə malik gözəl bir bölgə olduğu üçün insanların turizm və ticarət üçün gələcəyi dinc bir əraziyə çevriləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti