Gündəm / Dünya Bugün, 16:00

Yermakın keçmiş müavini Ukraynada axtarışa verildi


Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Zelenski ofisinin sabiq rəhbərinin müavini Rostislav Şurmanı axtarışa verib.

Planetinfo.az xəbər verir ki, o, bu vəzifəni 2021-ci ilin noyabrından 2024-cü ilin sentyabrına qədər Andriy Yermakın rəhbərliyi altında tutub.

Onun qardaşı Oleq də axtarışdadır. Hər ikisi məhkəməyə qədər istintaq orqanlarından gizlənən şəxslər kimi qeydə alınıb.

Şurma və qardaşı əvvəllər Rusiyada yerləşən günəş elektrik stansiyalarının Ukrayna büdcəsindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı jurnalist araşdırmasının obyekti olublar.

2025-ci ilin iyul ayının ortalarında Almaniya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən NABU kəşfiyyatçılarının onun Almaniyadakı evində araşdırma apardığı bildirilib.

Axtarışlardan sonra o, ölkəni tərk edərək Avstriyaya köçüb. Yanvarda NABU və Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) Şurma və daha səkkiz nəfəri tarif ödənişləri üçün nəzərdə tutulmuş vəsaitlərin mənimsənilməsində ittiham etdiklərini və ümumilikdə 3,2 milyon dollar zərər vurduqlarını açıqlayıblar.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayında NABU və SAP, iş adamı və Zelenskinin yaxın dostu Timur Mindiçin rəhbərlik etdiyi enerji sektorunda böyük bir korrupsiya sxemini aşkar etmək üçün "Midas" adlı genişmiqyaslı əməliyyat keçiriblər. Həmin ərəfədə Ukrayna Prezident Adminstrasiyasının rəhbəri Andrey Yermakı korrupsiya sxemi ilə əlaqələndirən məlumatlar ortaya çıxıb. Noyabrın 28-də Yermakın evində axtarış aparılıb və həmin gün Zelenski onu işdən azad edib.

Xəbər lenti