Gündəm 16-04-2026, 20:10

Şagirdləri daşıyan mikroavtobus aşıb




Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

Planetinfo.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti