Bakıda 2015-ci il təvəllüdlü qız faciəli şəkildə həyatını itirib.
Planetinfo.az xəbər verir ki, hadisə Nizami rayonu, B.Nuriyev küçəsində baş verib.
Belə ki, 11 yaşlı qız yaşadığı evin eyvanından (7-ci mərtəbə) yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (Report.az)