Hadisə 8-06-2026, 12:13

Dövlət sərhədini pozmağa cəhd edən nigeriyalı saxlanıldı - FOTO



Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa çalışan Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti