Hadisə 9-12-2025, 13:54

Qazaxıstanda 2027-ci ildə sürücüsüz taksi və yük maşınları hərəkət edəcək




2027-ci ildən etibarən Qazaxıstan yollarında sürücüsüz yük maşınları və taksilər hərəkət edəcək.

Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.

Nazir deyib ki, sürücüsüz yük maşınları üzrə ilk pilot layihələrin Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Qeyd olunur ki, yeni yük maşınları elektrik mühərriklərinə malik olacaq, 24 saat işləyə və sürücü olmadan yük daşıya biləcək.

Nazir deyib ki, sürücüsüz taksi və hava taksilərinin fəaliyyətini tənzimləyən qanun layihəsi artıq hazırlanıb və gələn il parlamentə təqdim edilməsi planlaşdırılır.

Sauranbayevin sözlərinə görə, bu texnologiyaların tətbiqi üçün əsas meyar sərnişin təhlükəsizliyidir.

Anar

Xəbər lenti