Hadisə 14-11-2025, 13:39

Özbəkistanda atom elektrik stansiyasının tikintisində 3000 rusiyalı mütəxəssis çalışacaq



Özbəkistanda Rosatom tərəfindən həyata keçirilən nüvə elektrik stansiyasının (AES) tikinti layihəsində təxminən 13000 işçi çalışacaq.

Planetinfo.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunlardan 3000 işçi rusiyalı mütəxəssis olacaq.

Məlumata görə, hazırda ərazidə tikinti-montaj bazası və mütəxəssislər üçün xüsusi şəhərcik tikilir. Eyni zamanda, iki reaktor bloku üçün xəndək qazma işlərinə başlanılıb.

Qeyd edək ki, Özbəkistanda ilk atom elektrik stansiyasının tikintisi Cizzax vilayətinin Foriş rayonunda həyata keçirilir. O, 525 hektar ərazini əhatə edir. Layihənin baş podratçısı Rosatom, yerli Enter Engineering şirkəti isə tikinti subpodratçısı kimi iştirak edir.

Anar

Xəbər lenti