"Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycan hibrid təhdidlərə, informasiya hücumlarına məruz qalıb. Hərb cəbhəsində Azərbaycana qarşı aparılmış mübarizə 44 günlük Vətən müharibəsindən sonra yerini informasiya mübarizəsinə verib".
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili bildirib ki, müxtəlif sosial şəbəkələr, youtube kanalları, tiktok sosial platformalarında Azərbaycanın yüksək rütbəli şəxsləri, ayrı-ayrı nazir və komitə rəhbərləri hədəf götürülür, onlara qarşı çirkin kampaniya həyata keçirilir:
"Xaricdəki müəyyən mərkəzlər tərəfindən idarə olunan həmin informasiya resurslarının əsas məqsədi Azərbaycan dövləti, onun ali rəhbərliyini gözdən salmaq, Azərbaycana dövlətinə zərbə vurmaqdır".
Anar