Siyasət 11-12-2025, 12:51

Regionda yaranmış yeni geosiyasi reallıqları təhrif etməyə yönəlmiş siyasi gediş




“Avropa İttifaqı və Ermənistan arasında imzalanan "Avropa İttifaqı - Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd mahiyyət etibarilə regionda yaranmış yeni geosiyasi reallıqları təhrif etməyə yönəlmiş siyasi gedişdir”.

Bunu Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, sənədin məzmununda öz əksini tapan bir sıra maddələr obyektivlikdən uzaq, balanssız, ən əsası Bakı və İrəvan arasında sülh gündəliyinə mənfi təsir göstərən elementlərlə əhatələnmişdir:

“Aydındır ki, Brüssel müstəqil aktor kimi Cənubi Qafqazda məhz yeni geosiyasi reallıqlar fonunda öz rolunu aydınlaşdırmaq, formalaşdırmaq istəyir. Lakin bu tip qərəzli, bitərəf yanaşma bölgədə yaranmaqda olan müsbət dinamikanı təhrif edir.

“Bəzi nüanslar üzərindən Avropa İttifaqının reallıqdan uzaq siyasi fonunu aydınlaşdıraq. Sənəddə Ermənistanın post-münaqişə dövründə hümanitar çətinliklərlə üzləşdiyi, təhlükəsizlik təhdidlərinin davam etməsi, eyni zamanda Qarabağdan könülü şəkildə köç edən ermənilər üzərindən manipuliativ ritorika sərgilənməsi təəssüf doğuran məqamdır və ikili standartların bariz nümunəsidir. Faktiki olaraq vəziyyət tam əksinədir və Azərbaycan bu gün Ermənistanın 30 illik işğalçılıq siyasətinin yaratdığı siyasi, iqtisadi, humanitar çətinlikləri aradan qaldırır”.

Anar

Xəbər lenti