Siyasət 19-12-2025, 14:40

Azərbaycanın sülh və inkişaf yolundan dönməsinə heç bir beynəlxalq institut nail ola bilməz




"Avropa Parlamentində insan haqları mövzusunda keçirilən dinləmələr də olduqca qərəzli xarakter daşıyır. Ermənistanın 2025-ci ildə yüzlərlə müxalifətçi, dini xadim və fəal şəxsi həbs etməsinə baxmayaraq, Aİ bu ölkə ilə bağlı heç bir dinləmə təşkil etməyib. Bunun əksinə olaraq, Azərbaycan hədəfə alınır, müharibə cinayətkarlarının azadlığa buraxılmasına dair çağırışlar edilir. Bu, Azərbaycanın sülh gündəliyinə mane olmaq və bölgədə ayırıcı xətlər çəkmək siyasətinin açıq ifadəsidir".

Bunları Plametinfo.az-a politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, Aİ-nin bütün cəhdlərinə baxmayaraq qəti şəkildə aydındır ki, Azərbaycan özünün milli maraqları əsasında formalaşan siyasətindən, regionda sabitliyi və sülhü təmin etmək məqsədindən geri çəkilməyəcək:

"Avropa Parlamenti islamofob və turkofob təsisat olaraq Azərbaycanın hüquqi və strateji qərarlarına təsir göstərmək imkanına malik deyil. Azərbaycanın sülh və inkişaf yolundan dönməsinə heç bir beynəlxalq institut nail ola bilməz. Aİ-nin korrupsiyada batan strukturlarının başqalarının daxili işlərinə qarşımaq əvəzinə öz daxili problemləri ilə məşğul olması lazımdır".

Anar

Xəbər lenti