Siyasət / Dünya 25-12-2025, 08:10

Dəməşqdə İŞİD-in lideri saxlanılıb

Dəməşqdə İŞİD-in lideri saxlanılıb
Suriya daxili təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirib və əməliyyat zamanı İŞİD terror təşkilatının Dəməşq üzrə lideri saxlanılıb.

Planetinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallatinin X sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirilib.

Bəyanatda deyilir: “Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə bölgəsində İŞİD-in dayaq nöqtəsinin məhv edilməsi məqsədilə əməliyyat keçiriblər. Nəticədə Dəməşqdə fəaliyyət göstərən terrorçu dəstənin lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə olunub.”

Əl-Dallatinin sözlərinə görə, əməliyyat yerli sakinlərin təhlükəsizlik qüvvələrini terrorçu dəstənin mövcudluğu barədə məlumatlandırmasından sonra həyata keçirilib.

Xəbər lenti