Siyasət 17-11-2025, 10:32

Millətin iradəsi bir olduqda, heç bir güc onun yolunu kəsə bilmir






"17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın milli özünüdərkində, azadlıq düşüncəsinin oyanışında, mübariz ruhumuzun yenidən dirçəlişində xüsusi yer tutan tarixi gündür. 1988-ci ilin soyuq, amma iradəsi isti noyabr günlərində xalqın meydanlara axışması yalnız bir etiraz deyil, bütün varlığı ilə “Azadlıq!” deyə hayqıran bir milli birlik nümunəsi idi".

Bu fikirləri Planetinfo.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O qeyd edib ki, bu gün biz həmin dirənişin, qətiyyətin, sarsılmaz birliyin davamçılarıyıq:

"Millətin iradəsi bir olduqda, heç bir güc onun yolunu kəsə bilmir. Azərbaycan xalqının dirçəlişi – müstəqilliyimizin ən möhkəm təməlidir".

Anar

Xəbər lenti