"Kəlbəcərin bugünkü siması dövlətin iradəsinin, xalqın birliyinin və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış zəfərin bariz nümunəsidir".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, hər bir tikili, hər bir yol, hər bir məktəb o torpaqlar uğrunda canından keçən qəhrəmanların xatirəsini yaşadır:
"Bu gün Kəlbəcərə qayıdan hər bir sakin öz yurdunu yenidən qurmaqla təkcə evini deyil, həm də ümummilli ruhu və qüruru bərpa edir. Uşaqların gülüşü, bulaqların səsi, insan nəfəsi ilə yenidən canlanan bu diyar bir daha sübut edir ki, Azərbaycan xalqı heç vaxt haqqından, torpağından və kimliyindən vaz keçməz".
Deputat qeyd edib ki, Kəlbəcərin azadlığı və bərpası yalnız bir bölgənin deyil, bütün Azərbaycanın qələbəsidir.
Anar