Sosial 7-11-2025, 12:29

Mətbuatın monitorinqi aparılacaq

Mətbuatın monitorinqi aparılacaq
"Medianın İnkişafı Agentliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə media subyektlərində monitorinq aparacaq".

Planetinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib. Agentlik rəsmisi qeyd edib ki, bundan əvvəl də medal subyektlərində monitorinq aparılıb:

"Burada məqsəd mediaya nəzarət etmək deyil. Monitorinqlərin məqsədi medianın ədəbi dilin qorunmasına necə əməl etməsini öyrənməkdir".

Natiq Məmmədli deyib ki, media ədəbi dilin qorunmasına diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Dil Qurumu qəzet və saytların ədəbi dilin qorunmasına necə əməl etməsi ilə bağlı monitorinq aparırdı.

Füzuli

Xəbər lenti