Sosial 10-11-2025, 13:40

37 min manat ələ keçirən 24 yaşlı şəxs saxlanıldı

37 min manat ələ keçirən 24 yaşlı şəxs saxlanıldı
Ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən və 37 min manatdan çox vəsaiti mənimsəyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti