Dünya 26-01-2026, 07:41

Monqolustan Rusiya və Çinlə sərhədini bağlayır



Monqolustanın Rusiya və Çinlə sərhədlərindəki ən böyük avtomobil və dəmir yolu keçid məntəqələri istisna olmaqla, digər sərhəd keçid məntəqələrini bağlayır.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu, Ay təqvimi ilə Yeni il şənlikləri ilə əlaqədardır.

Monqolustan Sərhəd Xidməti xəbərdarlıq edib ki, 2026-cı ildə Monqolustanda Ay təqvimi ilə Yeni il münasibətilə qeyri-iş günləri 17-20 fevral tarixləri arasında davam edəcək. Bu müddət ərzində Rusiya ilə sərhəddəki buraxılış məntəqələri 18-20 fevral tarixləri arasında üç gün müddətinə bağlı olacaq. Bura Tuva Respublikası yaxınlığındakı Arts-Suur və Tes, Trans-Baykal ərazisi yaxınlığındakı Borshoo, Altay Respublikası yaxınlığındakı Tsagaannuur və Buryatiya Respublikası ilə sərhəddəki Xanx keçid məntəqələri daxildir.

Rusiya sərhədindəki ən böyük məntəqə olan Altanbulaq-Kyaxta keçid məntəqəsinin, Suxebaatar-Nauşki və Ereenetsav-Solovyevsk dəmir yolu keçidlərinin iş saatları isə dəyişməz qalacaq. Paytaxtdakı Çingizxan Hava Limanı da daxil olmaqla, bütün hava limanları da qrafik üzrə fəaliyyətini davam etdirəcək.

Çin sərhədindəki Bayanxoşu, Bulqan və Şivee-Xuren avtomobil sərhəd keçid məntəqələri də 17-20 fevral tarixlərində bağlı olacaq. 18-20 fevral tarixlərində isə Xavarqa, Xanqi, Qaşuunsuxayt, Burqastay, Biçiqt və Sümber keçid məntəqələri işləməyəcək.

Anar

Xəbər lenti