Dünya 4-02-2026, 08:58

Pakistan İran-ABŞ danışıqlarında iştirak edəcək



Pakistan tərəfi də İranla Birləşmiş Ştatlar arasında keçiriləcək danışıqlarda iştirak edəcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi deyib.

Onun sözlərinə görə, Pakistan İran-Amerika məsləhətləşmələrinə dəvət olunub və İslamabadın mövqeyi danışıqlar zamanı nəzərə alınacaq.

Daha əvvəl "Axios" xəbər agentliyi mənbəyə istinadən Vaşinqton administrasiyasının Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verdiyini bildirmişdi. Məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir.

Anar

Xəbər lenti