Dünya 4-02-2026, 17:24

Vaşinqtonun Tehran qarşısında qoyduğu şərtlər ağırdır




“Şənbə günü Omanda ABŞ-İran görüşü planlaşdırılır. İki dövlət arasında gərginliyin pik həddə çatdığı dönəmdə Uitkofla Əraqçının aparacağı müzakirələr müharibədən qaçmaq üçün əlverişli fürsət yaradır”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, region dövlətləri də ABŞ-ın İrana hərbi müdaxiləsinin dağıdıcı fəsadlarından çəkinərək, diplomatik təşəbbüslərini artırıblar:

“Vaşinqtonun Tehran qarşısında qoyduğu şərtlər ağırdır. Dünya ictimaiyyətinin diqqətinə çatdırılanlar aysberqin görünən tərəfləridir. Yəni İranın nüvə proqramından və raket texnalogiyasından imtinası, proksi qüvvələrini dəstəkləməməsi barədə deyilənlər üzərində kompromislərə getmək mümkündür. Onsuz da nüvə proqramı 12 günlük müharibədə ciddi və böyük itkilərə məruz qaldı. Nüvə obyektəri və alimlərin bir çoxu məhv edildi”.

Əli Orucovun sözlərinə görə, İranın Yaxın Şərqdəki proksi qüvvələri hesab olunan Hizbullah, HƏMAS, hüsi silahlıları və digərləri 2023-cü ildən başlanan müharibədə İsrail tərəfindən demək olar ki, zərərsizləşdirildi:

“Bütün bunların yenidən dirçəldilməsi və bərpasına illərlə vaxt və külli miqdarda maliyyə lazımdır. Beynəlxalq sankiyalar altında olan, dərin daxili böhran yaşayan İranın isə belə bir imkanları yoxdur.

Anar

Xəbər lenti