Amerikalı məşhur astrofizik Karl Qrilmeyr Kaliforniyada güllələnərək öldürülüb.
Planetinfo.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.
Məhkəmə-tibbi ekspertizası ölümün səbəbinin bədənə odlu silahla vurulmuş yara olduğu müəyyən edib.
Los-Anceles Şəhər Şerif Departamenti 29 yaşlı qatilin həbs olunduğunu elan edib.
Həmkarları alimi Süd Yolunun quruluşu üzrə aparıcı mütəxəssislərdən biri hesab edirlər.