Gündəm / Siyasət / Dünya
23-02-2026, 23:17
ABŞ-ın casus təyyarəsi İran yaxınlığında
ABŞ-a məxsus casus təyyarəsi İran yaxınlığında aşkarlanıb.
Planetinfo.az xəbər verir ki, söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsindən gedir. Təyyarə İran sərhədləri yaxınlığında, Hörmüz boğazı üzərində uçub. Kəşfiyyat təyyarəsi Bəhreyndən havaya qalxıb və təxminən dörd saat Hörmüz boğazında dövrə vurub.