Hadisə 15-01-2026, 11:32

Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu

Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu
Gəncə şəhərində 35 yaşlı kişi dəm qazından boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Mahir Ələsgərov yaşadığı evin hamamında dəm qazından zəhərlənib. M.Ələsgərov xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti