Hadisə 15-01-2026, 16:03

Binəqədidə binada baş vermiş yanğın söndürülüb - FOTOLAR

Binəqədidə binada baş vermiş yanğın söndürülüb - FOTOLAR
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

Xəbər lenti