Siyasət 16-12-2025, 13:37

Amnistiya təşəbbüsü Azərbaycan cəmiyyətində həm humanizm və mərhəmət ənənələrinin möhkəmlənməsinə xidmət edir




“Tarixi perspektivdə Azərbaycan rəhbərliyi əvvəlki amnistiya təşəbbüslərində də humanizm və mərhəmət dəyərlərini əsas götürüb. Ulu Öndər Heydər Əliyevin siyasəti ilə formalaşmış bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir və dövlətin hüquqi və sosial siyasətinin ayrılmaz hissəsinə çevrilir”.

Bu fikirləri Planetinfo.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin amnistiya aktı təşəbbüsünə münasibət bildirərkən səsləndirib. O deyib ki, təşəbbüs həm də dövlətin siyasi məsuliyyətini və ictimai etimadı artırmaq üçün mühüm addımdır:

“Ümumi olaraq deyim ki, bu təşəbbüs Azərbaycan cəmiyyətində həm humanizm və mərhəmət ənənələrinin möhkəmlənməsinə, həm də hüquqi sistemin ədalətlilik prinsipinə sadiqliyin nümayişinə xidmət edir”.

Anar

Xəbər lenti