Siyasət 18-12-2025, 10:22

Humanizm siyasətinin təzahürü




"Tarixi Zəfərimizin 5-ci ildönümü ərəfəsində, eləcə də Azərbaycan Konstitusiyasının 30 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən amnistiya təşəbbüsün irəli sürülməsi ölkəmizdə humanizm siyasətinin təzahürü, göstəricisidir".

Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Kəmalə Ələkbərova deyib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Budəfəki amnistiya təşəbbüsü isə miqyası baxımından daha genişdir və 20 mindən çox insanı əhatə edəcəyi gözlənilir.

Bu təşəbbüs və təqdirəlayiq addım Prezident İlham Əliyevin xeyirxah və mərhəmtəli bir şəxsiyyət olduğunu növbəti dəfə təsdiq edir".

Anar

Xəbər lenti