Siyasət 24-12-2025, 15:05

Azərbaycan xarici siyasətində dostluq və əməkdaşlıq yolunu davam etdirəcək



"2026-cı ildə Azərbaycan xarici siyasətində də dostluq və əməkdaşlıq yolunu davam etdirəcək".

Bunu Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, region ölkələri ilə əlaqələri genişləndirmək və möhkəmləndirmək üçün siyasi səylər artacaq:

"Bu il Azərbaycan regional əməkdaşlığın inkişafına ən çox güç sərf edən ölkə olaraq, 2026-cı ildə də bu siyasəti davam etdirmək yolunu tutacaq. Ermənistanla bu il sülh sazişinin imzalanması istiqamətində bütün prosesləri uğurla başa vuracaq. Ermənistanla bütün istiqamətlərdə kommunikasiya və nəqliyyat dəhlizlərinin bərpası gözlənilir. İranla siyasi və iqtisadi platformalarda münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə yaxınlaşmalar gözlənilir. Hesab edirəm ki, dünyada baş verən hadisələr fonunda İran və Rusiya Azərbaycanla münasibətlərin inkişafında həssaslıq göstərəcək və bərabərlik balansını qorumaq yolunu tutacaqlar. Azərbaycan hər zaman olduğu kimi bu ölkələrlə qonşuluq əlaqələrini saxlamaq və inkişaf etdirmək yolunu davam etdirəcək.Hesab edirəm ki, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı da öz sözünü deyir və bu səbəbdən Türkiyə və Azərbaycan arasında siyasi və digər sahələrdə strateji tərəfdaşlıq səviyyəsində həyata keçirilən tədbirlərin və addımların atılması istiqamətində əməkdaşlıq davam edəcək".

Anar

Xəbər lenti