Sosial Dün, 18:25

“HALAL” sertifikatlaşdırma prosesi necə həyata keçirilir? - VİDEO

“HALAL” sertifikatlaşdırma prosesi necə həyata keçirilir? - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən "HALAL" uyğunluq sertifikatlaşdırması uğurla davam etdirilir. İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir.

“HALAL” sertifikatlaşdırma xidmətlərinin mərhələləri və onların dəyəri İnstitutun rəsmi internet səhifəsində yerləşdirilib və ictimaiyyətə açıq məlumatdır. “HALAL” sertifikatlaşmanının növbəti mərhələsində qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt “HALAL” standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

Qeyd edək ki, artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. Müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər.
[media=https://www.youtube.com/shorts/eFpO_o7ffIA]

Xəbər lenti