Siyasət 25-12-2025, 09:30

Ölkəmiz üçün şəhərsalma və memarlıq sahəsində yeni bir inkişafa təkan verəcək dövr olacaq



"2026-cı ilin ölkəmizin şəhərsalma və memarlıq sahəsində yeni bir inkişafa təkan verəcək dövr olacağını hesab edirəm".

Bunu Planetinfo.az-a Milli Məclisin deputatı Azər Badamov 2026-cı ilin “Şəhərsalma və memarlıq İli” elan olunmasına münasibət bildirərkən səsləndirib. Millət vəkili növbəti il Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsini bu baxımdan əhəmiyyətli hesab edib:

"Bakı tarixi və modern memarlığı özündə birləşdirən dünyanın ən gözəl şəhərlərindən biridir. Forumda iştirak etmək üçün ölkəmizə çoxlu sayda şəhərsalma və memarlıq sahəsində təcrübəsi olan mütəxəsislər, rəsmi qonaqlar gələcəklər. Təbii ki, biz özümüzün şəhərsalma təcrübəmizi xarici tərəfdaşlarla bölüşəcəyik və onların səmərəli təcrübəsini şəhərlərimizin yenidən qurulmasında istifadə edəcəyik".

Anar

Xəbər lenti