Siyasət 25-12-2025, 10:24

Azərbaycan Rusiyadan gözləntilərini bildirməlidir



Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması artıq təsdiqini tapmış faktdır. Bunu Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə etiraf edərək üzr istəməsi sübut edir. Vəd edilən təzminatın hələ də zərərçəkənlərə ödənilməməsi isə Azərbaycanı tərəfindən narazılıqlara səbəb olur.

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Rusiya tərəfinin bunu ləngitməsi məsələsini əslində təzminatı vermək istəməməsindən qaynaqlandığını hesab etmək yanlış olar:

“Əvvəla bu, Rusiya üçün verilməsi mümkün olmayan bir məbləğ deyil. Görünən odur ki, Rusiya tərəfi istintaqın nəticəsinin rəsmi açıqlanmasını və qərarın rəsmi qüvvəyə minməsini gözləyir. Bundan sonra lazım olan digər prosedurların, yəni rəsmi üzr istənilməsi, təzminat ödənilməsi məsələsi həll olunacaq”.
Azər Qasımov hesab edir ki, burada indiki mərhələdən sonra hansısa başqa fikirlər axtarmaq yerinə düşməz:

“Təbii ki, Azərbaycan Rusiyadan bu məsələdə gözləntilərini bildirməlidir. Amma kəskin ritorika ilə deyil”.

Anar

Xəbər lenti