Siyasət 25-12-2025, 13:06

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-bərpa işləri yeni mərhələyə keçir




“2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işlərinin yeni mərhələyə keçdiyini deməyə əsas verir”.

Bu fikirləri Planetinfo.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Politoloq qeyd edib ki, bu qərar həmin bölgələrin müasir, təhlükəsiz və rahat yaşayış məkanına çevrilməsini sürətləndirəcək:

“Eyni zamanda, postmünaqişə dövründə Azərbaycanın inkişaf modelinin uğurunu bir daha nümayiş etdirəcəkdir”.

Yusif Bağırzadə hazırda Qarabağ və Şərqi Zəngəzurda geniş miqyasda şəhərsalma, yeni yaşayış massivlərinin, kəndlərin salınması prosesinin getdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Anar

Xəbər lenti