"İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bölgənin memarlıq quruluşu formalaşdırılır və Böyük Qayıdış Proqramı çərçivəsində ölkə iqtisadiyyatına reinteqrasiya sürətlənir".
İnşaat sektorunda ən son yeniliklərin tətbiqi ilə qurulan şəhərlər, Ağıllı kənd, Ağılı şəhər konsepsiyası müasirliklə tarixi irsin vəhdətidir. Təbii ki, bu mütərəqqi yanaşma davamlı xarakter daşıyır və ölkə rəhbəri tərifindən 2026-cı ilin "Şəhərsalma və Memarlıq" ili elan edilməsi məhz görüləcək işlərin kəmiyyət və keyfiyyət göstəriciləri baxımından yeni müstəviyə keçəcəyinin təsdiqidir".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Şərqi Zəngəzur və Qarabağ ciddi inkişaf və investisiya potensialına malik ərazilərdir:
"Buranın həm sənaye, həm kənd təsərrüfatı, həm də turizim potensialı mövcuddur. Bu potensialı kəşf etmək, investorları cəlb etmək zərurətdir. Bəllidir ki, bu istiqamətdə ciddi işlər görülür. Tez bir zamanda qurulan hava limanları böyük ölçüdə məhz bu məqsədə xidmət edir.
Bir nüansı qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin əsas fərqləndirici cəhəti burada tarixi-memarlıq irsi bərpa edilərək müasir memarlıqla uzlaşdırılır".
Pərviz Mirizadə qeyd edib ki, şəhərlərin siması milli kimliyi əks etdirən Azərbaycan memarlıq üslubu üzərində formalaşdırılır:
"Şuşa şəhərində görülən işlər bunun bariz nümunəsidir. Hesab edirəm ki, mövcud müsbət dinamika bundan sonra da, davam edəcək və müasir şəhərsalma işləri bölgəni inkişaf etdirəcək".
Anar