Siyasət 25-12-2025, 17:14

Zaxarova: Rusiya AZAL təyyarə qəzası ilə bağlı bütün sorğulara cavab verib



Rusiya Aktauda qəzaya uğrayan Azərbaycanın AZAL Hava Yollarına məxsus təyyarə ilə bağlı bütün sorğulara cavab verib.

Planetinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Rusiya xarici siyasət idarəsi rəsmisinin sözlərinə görə, Moskva istintaqın tezliklə və obyektiv şəkildə başa çatmasında maraqlıdır

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi 2024-cü il, dekbarın 25-də Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Anar

Xəbər lenti