"2020-ci və 2023-cü ildən sonra, torpaqlarımızın işğaldan azad olunması ilə ölkənin qarşısında tamamilə yeni çağırışlar dayanırdı. Xarabalığa çevrilmiş şəhər və kəndlər, nəqliyyat və komunikasiya infrastrukturu yenidən qurulmalı idi. Rusiya-Ukrayna müharibəsi bitmədən Avropa ölkələri Ukraynanın bərpası yönündə planlar qurur, bu işə cəlb olunacaq maliyyə vəsaitlərinin qaynaqlarını müəyyən etməyə çalışırlar".
Planetinfo.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi şərhçi Elçin Ağamalı deyib ki, Qarabağ münaqişəsinin davam etdiyi müddətdə ölkəmizə qarşı ədalətsiz mövqe tutan böyük dövlətlər eyni münasibəti post konflikt dövründə də sərgilədilər:
"Azərbaycan azad olunmuş torpaqları öz gücünə, heç kimdən dəstək olmadan bərpa etməli idi. Dağıdılmış yüzlərlə şəhər və kəndin tikintisi, yolların çəkilməsi və infrastrukturun qurulması, yüzminlərlə məcburi köçkünün dədə-baba yurduna qayıtması üçün heç kimdən kömək olmayacaqdı. Bu işlər elə bir dəqiqliklə aparılmalı idi ki, həm quruculuq işləri getsin, həm insanlar öz yurdlarına qayıtsın, həm də dövlət büdcəsinin çox yüklənməsi səbəbindən maliyyə çətinlikləri ortaya çıxmasın"
Elçin Ağamalı qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərini şəxsi nəzarətinə götürən cənab Prezident İlham Əliyev bu işlərin də öhdəsindən uğurla gəldi.
Anar