Siyasət
26-12-2025, 11:04
Hər kəs təyyarə ilə səfər edə bilmir
"Müharibə başa çatsa da hələ də sərhədlərimizdə təhlükəsizlikdən tam arxayın deyilik. Bu gün sərhədləri açıq olan Gürcüstan və Ermənistan tam təhlükısizdirmi? Qətiyyən yox. Ona görə bəzən Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı irəli sürülən təşəbbüsləri hələlik reallaşdırmaq mümkün deyil".
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Zahid Oruc deyib. Millət vəkili onu da etiraf edib ki, hazırkı vəziyyətdə quru sərhədlərinin açıq olmaması müəyyən problemlər yaradır:
"Hər kəs təyyarə ilə səfər edə bilmir. Xüsusilə, tələbələrin gediş-gəlişində problemlər yaranır".
Anar