"Prezident İlham Əliyevin Ağdama səfəri zamanı sakinlərlə görüşü zamanı etdiyi çııxışda xüsusi yer alan mövzulardan biri də Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dirçəliş və infrastruktur layihələrinin həyata keçirilməsidir. Bu, regionun sosial-iqtisadi həyatının bərpası ilə yanaşı, ictimai əmin-amanlığın təmin olunması və vətəndaşların öz yurdlarına geri dönməsi üçün şərait yaradır. Bu, həm daxili siyasi stabilliyin gücləndirilməsi, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın məsuliyyətli dövlət siyasətinin nümayişidir".
Bunları
Planetinfo.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Prezident Əliyev həmçinin Azərbaycanın sülh təşəbbüslərindəki konstruktiv və lider mövqeyinə də xüsusi diqqət çəkdi:
"O bildirdi ki, sülh və normallaşma prosesləri təsadüfən yaranmayıb, bunlar Azərbaycanın davamlı və strateji siyasətinin nəticəsidir. Bu yanaşma sözsüz ki, özündə həm də geopolitik mesajı ehtiva edir. Azərbaycan regionda sabitliyi qoruyan, sülhə liderlik edən və milli maraqlarını güclü şəkildə müdafiə edən dövlət olduğunu nümayiş etdirir.
Ümumi olaraq götürsək, Prezidentin Ağdam səfəri və çıxışında verdiyi mesajlar Azərbaycanın tarixi ədaləti bərpa etməsi, milli təhlükəsizliyi möhkəmləndirməsi və xarici təsirlərə qarşı strateji mövqe tutması baxımından əhəmiyyətlidir".
Anar