Siyasət 7-01-2026, 15:46

Azərbaycan ordusuna maneə yaratmaq istəyən kəslər ciddi sınaq qarşısındadır



Azərbaycanı təhdid edən mollalar və SEPAH İsrail və ABŞ tərəfindən aldığı zərbələrdən sonra bu dəfə daxildə xalq ilə üz - üzə qalıb.

Planetinfo.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq İranın ənənəvi təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırdı:

"Tehran bu vəziyyətlə barışmaq əvəzinə, müxtəlif təzyiq mexanizmlərinə üz tutdu. İran 2020–2023-cü illərdə mütəmadi olaraq Azərbaycan sərhədlərinə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirtdi. Həmin dövrdə Qarabağın dağlıq hissəsində separatçılar var idilər. Zəngəzur vasitəsilə Xankəndinə qanunsuz gediş-gəliş var idi. Xüsusi əməliyyatlarla hədə gəlindi. İran rəsmilərinin açıqlamalarında vaxtaşırı "Bakı dövləti" kimi ifadələr işlədilirdi və Azərbaycan müharibə ilə hədələnirdi Şiə ayparasından danışılırdı".

Politoloq qeyd edb ki, Tehran Azərbaycanla bağlı tez-tez “qırmızı xətlər” terminindən istifadə edirdi:?

"Zaman gəldi, Azərbaycan o cümlədən İrana göstərdi ki, Qarabağda separatçıları məhv edəcək, Zəngəzur dəhlizi açılacaq, bölgədə nəyi istəsə onu edəcək. Budur, Azərbaycanı təhdid edənlər beynəlxalq proseslərdə bir-bir itirə-itirə gedirlər, Azərbaycanın dostları isə uğurlara imza atırlar.

Bütün bu təzyiq cəhdlərinə baxmayaraq Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətdən geri çəkilmədi. "Suverenlik və müstəqil qərarvermə prinsipi" və "regional əməkdaşlığa açıq, lakin şantaja qapalı siyasət" rəsmi Bakının şüarıdır".

Zaur Məmmədovun sözlərinə görə, İranın daxilindəki və xaricindəki son hadisələr göstərdi ki, Tehran regional siyasətdə “təzyiq və hədə” modelinə əsaslanan davranış xəttindən imtina etmədikcə həm beynəlxalq müstəvidə, həm də qonşu dövlətlərlə münasibətlərdə uğur əldə edə bilməyəcək:

"Nəticədə, hakimiyyətə rasional və diplomatiyanın tərəfdarı Pezeşkian gətirildi. Pezeşkian gələn kimi Azərbaycan ilə münasibətlər sabitləşdi, iki qonşu dövlət arasında son 30 il tarixdə ilk dəfə olaraq eşitmək istədiyimiz sözləri o tərəfdən eşitdik.

Beləliklə, 44 günlük müharibə zamanı Xudafərin istiqamətində irəliləyən Azərbaycan ordusuna maneə yaratmaq istəyən kəslər ciddi sınaq qarşısında".

Anar

Xəbər lenti