“Rusiya açıq şəkildə həm Azərbaycan dövlətinə, həm də Azərbaycan xalqına qarşı hörmətsizlik nümayiş etdirdi. AZAL-a məxsus sərnişin təyyarəsinin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğramasını iddia etmək və baş vermis qəza ilə əlaqədar açılmış cinayət işinə xitam verməyin bir başqa adı, anlamı yoxdur”
Bu fikirləri
Planetinfo.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, baxmayaraq Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı təyyarənin kənar təsirlər nəticəsində qəzaya uğradığını, buna görə kompensasiya ödəniləcəyini bildirmişdi, lakin İstintaq Komitəsi tamam başqa qərar verdi:
“Əslində bu fakt öz-özlüyündə Rusiyanın sözü ilə əməlinin üst-üstə düşmədiyini bir daha sübuta yetirir. Bu yanaşma həmçinin Rusiyanın hər hansı bir müttəfiqliyə, dosta, qonşuya heç bir hörmətm qoymadığının təzahürüdür”.
Arzuman Muradlı qeyd edib ki, Rusiya hələ də digər dövlət və xalqlara qarşı yuxarıdan aşağı baxmaq prinsipindən əl çəkməyib və məlum təyyarə qəzası fonunda bu bir daha özünü göstərdi:
“Hesab edirəm ki, Azərbaycan cəmiyyəti Rusiya dövlətinin bu sayğısızılığı, hörmətsizliyinə qarşı mövqeyini ortaya qoymalıdır. Müxtəlif səviyyələrdə Rusiyanın bu hərəkətinə aıternativ reaksiyalar verilməlidir. Artıq vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən sözügedən məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə etiraz məktubu göndərilib. Düzdür, yuxarıda qeyd etdiyim kimi Rusiya heç vaxt qonşularına, dostlarına qarşı səmimi olmayıb, onların mövqeyini nəzərə almayıb. Ancaq bütün halda Azərbaycan cəmiyyəti Moskvanın bu sayğısızlığına qarşı öz mövqeyini ortaya qoymalıdır”.
Anar