"Rusiya İstintaq Komitəsinin ötən il Qroznı səmasında bu ölkənin Aerokosmik Qüvvələri tərəfindən vurulan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı istintaqa xitam verməsi məsuliyyətdən qaçmaq və cinayəti ört basdır etmək cəhdidir".
Bunları
Planetinfo.az-a siyasi şərhçi Əli Orucov deyib . O bildirib ki, bu cür yanaşma ilə Rusiya yaxasını qurtara bilməz:
"Azərbaycan hadisənin araşdırılmasını qardaş Qazaxıstanla birlikdə özü aparmalı, lazım bildikdə prosesə beynəlxalq ekpertləri də cəlb etməlidir. Eyni zamanda Bakı bunu beynəlxalq müstəviyə çıxarmaq hüququnu də gerçəkləşdirə bilər".
Əli Orucovun sözlərinə görə, aydın idi ki, Rusiya törətdiyi bu ağır cinayəti boyuna götürməyəcək:
"Faciənin ilk anlarından dezinformasiya yayaraq təyyarənin güya quş sürüsü ilə qarşılaşdığı versiyasını ortaya atmaqla məlum idi ki, hava laynerinin raketlə vurulmanı etiraf etməyəcəklər".
Anar