Siyasət 22-01-2026, 08:47

Prezident Davosda Azərbaycanın maraq və mövqelərini uğurla bəyan edir



"Dünya siyasi arenasında baş verən hadisələr fonunda İsveçrədə keçirilən ənənəvi Davos İqtisadi Forumu dünyanın həlledici dövrünə təsadüf edir. Dünya iqtisadiyyatında əhəmiyyətli yer tutan iş dünyasının böyük gücləri ilə ölkələrin qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunur, dövlətlərin siyasi və iqtisadi baxışları bəyan edilir, bununla da qlobal güclər dünya iqtisadiyyatındakı pay bölgüsünü yenidən formalaşdırırlar.

Azərbaycan da bu tendensiyadan geri qalmamaq, dünya iqtisadiyyatında həm enerji, həm də tranzit mərkəzi kimi əhəmiyyətli mövqeyə sahib ölkə kimi öz mövqeyini dəqiqləşdirir, gücləndirir".

Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan Prezidenti ölkənin iqtisadi cəhətdən öz mövqeyini gücləndirməsi üçün dünyanın böyük şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir, donor ölkələrin investisiya imkanlarından istifadə etmək üçün ölkə daxilində aparılan investisiya mühitinin xüsusiyyətlərini, alternativ enerji mənbələrinin yaradılması üçün gördüyü işləri və nəqliyyat dəhlizləri istiqamətində əməkdaşlığın genişləndirilməsi yollarından, bunun vacibliyindən və əldə olunacaq uğurların əhəmiyyətindən danışır:

"Forum hər bir iştirakçı dövlət üçün ölkənin mövqeyini bəyan etmək baxımından bir platformaya çevrilir. Bu platformanı ölkənin maraqları çərçivəsində istifadəsinə zəmin yaradır. Hesab edirəm ki, Azərbaycan dövlət rəhbəri həmişə olduğu kimi bu forumda da Azərbaycanın maraq və mövqelərini həm uğurla bəyan edir, həm də bu maraqların ölkənin iqtisadi uğuruna çevrilməsi üçün əzmlə fəaliyyət göstərir".

Anar

Xəbər lenti